Yan 11, 2016 19:13 Asia/Baku
  • 500 Qırğızıstan vətəndaşı İŞİD-ə qoşulub
    500 Qırğızıstan vətəndaşı İŞİD-ə qoşulub

Yendira Culdubayeva Avropa və Mərkəzi Asiya ölkələri prokurorlarının terrorizm və ifratçılıq ilə mübarizə mövzusunda keçirilən 17-ci beynəlxalq iclasında deyib: Xüsusi xidmət orqanlarının verdikləri məlumatlara görə, 500 Qırğızıstan vətəndaşı o cümlədən 122 qadın Suriyada İŞİD terrorçularına qoşulub.

O həmçinin deyib: 150-dən çox şəxs terrorçuluq fəaliyyəti ilə bağlı mühakimə edilib və 60-dan çox şəxs də terrorçuluq və ifratçılıq fəaliyyətləri ilə bağlı təqibdədir.

Qırğızıstanın baş prokuroru həmçinin deyib: Hal hazırda ölkə səviyyəsində 2000-ə qədər terrorçu və ifratçı qruplaşma qeydə alınıb və bu rəqəm ümumi əhalisinin sayı 5 milyondan az olan bir ölkə üçün həddən artıq çoxdur.

Qırğızıstan təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çalışır. Bu ölkənin cənub məntəqələri hələ də İŞİD üçün tədarükat məntəqələrindən biri sayılı.r

Teqlər