İranın beynəlxalq bazarlara qayıdışının neft proseslərində təsiri
İngiltərənin Guardian qəzeti yazıb: İranın beynəlxalq bazarlara qayıdışı beynəlxalq proseslərin təsirində çoxlu təsiri olacaqdır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Guardian qəzeti bir məqalədə bildirib: ABŞ və Avropa Birliyinin İran əleyhinə sanksiyaları ləğv etməsi ilə yanaşı Tehranın beynəlxalq proseslərin təyini sahəsinə qayıtması üçün geri sayım başlanıb.
Bu qəzet əlavə edir: Avropa Birliyi ölkələri tərəfindən İrandan neft idxalı qadağasına son qoyacaq sanksiyaların ləğvi ilə beynəlxalq iqtisadi proseslər, xüsusilə də neft alqı-satqısı bazarında dəyişiklik yaradacaq.
Guardian həmçinin proqnoz edib ki, sanksiyaların ləğvindən sonra Tehran gündəlik 500 min barel xam nefti bazara əlavə edəcək və bu məsələ neftin qiymətinin həddən artıq ucuzlaşmasına təsir göstərəcək.