Yan 14, 2016 19:39 Asia/Baku
  • 
Slovakiya baş naziri mühacirlərin Avropada yerləşdirilməsi layihəsinə qarşı çıxdı
    Slovakiya baş naziri mühacirlərin Avropada yerləşdirilməsi layihəsinə qarşı çıxdı

Robert Fiko Yaxın Şərqdən gələn mühacirlərin ölkəsində mütəşəkkil və vahid bir islam cəmiyyəti formalaşdırmasına icazə verməyəcəyini bildirib.

Slovakiya baş naziri Avropa Birliyinin 120 min mühacirin bu birliyə üzv 26 ölkədə məskunlaşdırılması ilə bağlı layihəsinə qarşı çıxıb.

R.Fiko deyib: Slovakiya mühacirlərin məskunlaşdırılması məsələsi ilə müxalifdir və Slovakiyada vahid müsəlman cəmiyyətinin formalaşmasına səbəb olacaq bir qərar qəbul etməyəcək.

Bu ilk dəfə deyil ki, Slovakiya baş naziri islamofobiya mövqeyindən çıxış edir. O, 2015-ci ilin noyabr ayında da Slovakiyada müsəlmanların nəzarət altına alınacağını bildirmiş və müsəlmanları "potensial təhlükə" adlandırmışdı.

Fiko seçkilərdə yenidən seçilə bilmək üçün millətçilərin diqqətini cəlb etməyə çalışır. Buna görə də müsəlmanlar əleyhinə mövqe seçib.

Əlbəttə, islamofobiya sadəcə Slovakiyanın baş naziri ilə də məhdudlaşmır. Belə ki, şərqi və mərkəzi Avropa ölkələrinin bir çoxu müsəlman mühacirlərə qarşı mövqe seçiblər.

Teqlər