Ukrayna Rusiya ilə hüquqi müharibəyə hazırdır
-
Ukrayna Rusiya ilə hüquqi müharibəyə hazırdır
Ukrayna prezidenti bu ölkənin Kiyevin Moskvaya olan borcları haqda Rusiya ilə hüquqi müharibəyə hazır olmasından xəbər verib.
TASS-ın məlumatına görə, Pyotr Poroşenko Kiyevdə keçirdiyi mətbuat konfransında deyib: Əgər Rusiya Ukraynanın borcları məsələsini məhkəmədə izləyərsə, bu ölkə də məhkəmədə öz maraqlarını müdafiə etməyə hazırdır.
Ukrayna prezidenti eyni zamanda vurğulayıb ki, əgər Rusiya borclar məsələsi haqdaki ikitərəfli ixtilafların həlli üçün danışıqlara hazır olarsa, Kiyev də müzakirəni alqışlayacaqdır.
Ukrayna dövləti 2015-ci ilin dekabrında bildirdi ki, bu ölkənin Rusiyaya olan üç milyard dollarlıq borcunun ödəniş hissələrinə yenidən ayrılması üstündə razılaşmaya nail olmadığına görə, onun ödənişini dayandıracaq. Moskva da hədələyibdir ki, müvafiq məhkəmə orqanlarına şikayət edəcəkdir.