Yan 15, 2016 12:30 Asia/Baku
  • İsveçrədə mühacirlərin əmlakının müsadirəsinə cəhd
    İsveçrədə mühacirlərin əmlakının müsadirəsinə cəhd

İsveçrə dövləti Danimarka kimi həmin ölkəyə daxil olan mühacirlərin əmlakının müsadirəsinin ardıncadırlar.

İsveçrənin radio və televiziya kanalları cümə axşamı günü bildiriblər ki, mühacirlər öz yaşayış xərclərinin təmini üçün 690 avro dəyəri civarında olan maliyyələrini bu ölkənin dövlət başçılarının ixtiyarına qoymalıdırlar.

İsveçrə Mühacirlər İdarəsi mühacirlərin əmlakının müsadirəsini müdafiə edərək, iddia edib ki, qanun da mühacirlərdən istəyir ki, imkan daxilində öz yaşayış xərclərinin təminində iştirak etsinlər.

Bu məlumata görə, mühacirlik xahişi qəbul olunan və İsveçrədə işləmək icazəsi alan kəslər on il müddətinə öz maaşlarının on faizini dövlətə verməlidirlər.

Bundan öncə də Danimarka dövlətinin mühacirlərin əmlakını müsadirə planı BMT-nin və insan haqları qruplarının geniş tənqidləri ilə üzləşmişdi.

Teqlər