Nigeriya İslam Hərəkatının rəhbəri və həyat yoldaşı sağdır
-
Nigeriya İslam Hərəkatının rəhbəri və həyat yoldaşı sağdır
Nigeriya İslam Hərəkatının üzvü bu hərəkatın rəhbəri Şeyx İbrahim Zəkzəki və həyat yoldaşının həyatda olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının Qüds xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Nigeriya İslam Hərəkatının üzvü Hüseyn Bala Şeyx Zəkzəkinin son vəziyyəti barədə deyib: Şeyx Zəkzəki və həyat yoldaşı həyatdadır və müalicə olunurlar.
Nigeriya İslam Hərəkatının üzvü həmçinin Şeyx Zəkzəki ilə bəzi görüşlərə dair yayılan xəbərlərə toxunub və deyib: Son vaxtlar İslam Alimlər Cəmiyyətinin bəzi üzvləri Şeyx Zəkzəki ilə görüşüblər.
Nigeriya ordusu 2015-ci il 12 və 13 yanvarda Nigeriyanın şimalında müsəlmanların hüseyniyyəsi və Şeyx Zəkzəkinin yaşadığı məkana hücum edərək onun oğlanlarından birini qətlə yetirdikdən sonra, yaralanmış Şeyx Zəkzəkini və onun həyat yoldaşını həbs edib.
Bu hücumda yüzlərlə müsəlman, xüsusilə də şiə qətlə yetirilib və bir qrupu yaralanıb və yaxud itkin düşüb.