İran Amerikadan 1,7 milyard dollar alacaq
Yan 18, 2016 10:24 Asia/Baku
-
İran Amerikadan 1,7 milyard dollar alacaq
ABŞ dövlət katibi bildirib ki, İran Vaşinqtondan Haaqa məhkəməsinə şikayətlə bağlı 1,7 milyard dollar alacaq.
Fars xəbər agentliyinin məlumatına görə, ABŞ dövlət katibi Con Kerri bir bəyanatda bildirib ki, Amerika və İran ötən əsrin yetmişinci onilliyində Amerikadan silah satın alınması və onların İslam İnqilabından sonra İrana təhvil verilməməsi ilə bağlı iş barədə razılığa gəliblər.
Bu iş 1981-ci ilə qayıdır və o zaman İslam İnqilabından sonra Amerika Tehran tərəfindən silah alqısı ilə bağlı ödənilmiş pulu geri qaytarmağa hazır olmadı və nəzərdə tutulan silahları da təhvil vermədi.
Əldə olunmuş razılıq əsasında İran özünün dondurulmuş 400 milyon dollarını əldə etməkdən əlavə, bu pulun faizi olan 1,3 milyard dolları da alacaqdır.