Yan 19, 2016 18:17 Asia/Baku
  • Miqrantlar Avropa Birliyi üçün ciddi problemdir
    Miqrantlar Avropa Birliyi üçün ciddi problemdir

Beynəlxalq Valyuta Fondu miqrantları Avropa Birliyi üçün ciddi problem adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının Fransanın Le Fiqaro qəzetinin internet portalına istinadla verdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondu miqrant böhranının Avropa Birliyi üçün ciddi problem olduğunu hesab edərək miqrantların birləşdirilməsini zəruri adlandırıb. Bütün səylərə baxmayaraq Beynəlxalq Miqrasiya Təşkilatı ötən həftə bildirib ki, 2016-cı ilin ilk 11 günündə 18 min 882 miqrant Avropaya daxil olub. Bu statistika elə bir halda yayımlanıb ki, Avropa Birliyi ölkələri hal hazırda miqrant problemi ilə üz üzədirlər. Müharibədən əziyyət çəkən Yaxın Şərq və Şimali Afrika ölkələrindən yüz minlərlə nəfər Avropa ölkələrində sığınacaq tapmaq ardıncadır. Halbuki böhran hələ də davam edir və görünür Avropa ölkələri alovlanmasında özlərinin də müdaxiləsi olduğu müharibənin tezliklə sönməsi və təhlükəsizliyin dünyanın müxtəlif ölkələrinə qayıtması üçün səy göstərdikləri halda uğur əldə edəcəklər.

Teqlər