Rusiyanın sərmayələrindən 20 milyard dollar Amerikadan çıxıb
https://azeri.sahartv.ir/news/dünya-i204873-rusiyanın_sərmayələrindən_20_milyard_dollar_amerikadan_çıxıb
Moskva və Vaşinqton arasında siyasi gərginliklərin davamında Rusiya ötən iki ay ərzində öz sərmayələrindən 20 milyard dolları da Amerikanın maliyyə sistemindən çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2016 11:47 Asia/Baku
  • Rusiyanın sərmayələrindən 20 milyard dollar Amerikadan çıxıb
    Rusiyanın sərmayələrindən 20 milyard dollar Amerikadan çıxıb

Moskva və Vaşinqton arasında siyasi gərginliklərin davamında Rusiya ötən iki ay ərzində öz sərmayələrindən 20 milyard dolları da Amerikanın maliyyə sistemindən çıxarıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Rusiya mediaları bu gün Amerikanın Xəzinədarlıq Nazirliyinin hesabatına istinadla bildiriblər ki, Rusiya özünə aid Amerikanın istiqraz vərəqələrindən 20 milyard dollarını da satıb.

Rusiya ötən il noyabr ayında Amerikanın qiymətli kağızlarından 88 milyard dollara sahib idi. Bu rəqəm 20 milyard dollar azalmaqla hazırda 68 milyard dollara enib.

Rusiya 2014-cü ildə 108 milyard dollar dəyərində Amerikanın istiqraz vərəqələrinə malik idi.

Amerikanın istiqraz vərəqələrinə malik olanların sırasında Rusiya 15-ci yerdədir və bu siyahıda ilk yer Çinə məxsusdur.