Yan 22, 2016 12:47 Asia/Baku
  • Şengen sazişinin dağılması barədə xəbərdarlıq edildi
    Şengen sazişinin dağılması barədə xəbərdarlıq edildi

Hollandiya baş naziri miqrant böhranının davam etdiyi halda Şengen sazişinin pozulması barədə xəbərdarlıq edib.

Səhər Beynəlxalq Televiziyasının Guardian qəzetinə istinadla verdiyi məlumata görə, Mark Rut cümə axşamı günü İsveçrədə Davos Beynəlxalq İqtisad Forumun iclasının kənarında deyib: Avropa Birliyi həssas mərhələdədir və əgər miqrant böhranına həll yolu tapılmazsa, bu birliyin əsasları təhlükə ilə üzləşəcəkdir.

Rut xəbərdarlıq edib ki, əgər miqrant axını hazırkı sürətlə Avropa Birliyinə üzv ölkələrə daxil olarsa, üzv ölkələr arasında gediş-gəliş azadlığı sazişi pozulacaqdır.

Hollandiya baş naziri deyib: Cari ilin ilk 3 həftəsində 35 min miqrant Avropa Birliyi sərhədlərindən keçmişdir və yaz fəslinin gəlişi ilə onların sayı diqqəti cəlb edəcək dərəcədə artacaqdır.

Fransa baş naziri Manuel Vals da deyib: Miqrant böhranı və təhlükəsizlik problemləri Avropa Birliyi üçün ciddi təhdidlərdir.

Yaxın Şərq və Şimali Afrikada de-stabilliyin artması miqrantların Avropaya axınına səbəb olub və bu regionun ölkələrini analoqu olmayan böhranla üzləşdirib.

Bu böhranın genişlənməsi və Avropa Birliyi üzvləri arasında böhranla mübarizə yolları barəsindəki ixtilafın artması birlikdə həmrəyliyin zəifləməsi ilə bağlı nigaranlıqların yüksək həddə çatmasına səbəb olmuşdur.

Teqlər