Yan 24, 2016 14:16 Asia/Baku
  • İsveçin anti-İsrail mövqelərini himayə üzrə beynəlxalq kampaniya fəaliyyətə başlayıb
    İsveçin anti-İsrail mövqelərini himayə üzrə beynəlxalq kampaniya fəaliyyətə başlayıb

"İsrail aparteidi" cəmiyyətinə üzv fəallar İsveçin xarici işlər nazirinin anti-İsrail münasibətini himayədə kampaniyanın işə salınmasından xəbər veriblər.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, "İsrail aparteidi" cəmiyyətinin fəalları İsveçin xarici işlər naziri Marqot Valstromun sionist hərbçilər tərəfindən fələstinlilərin mühakiməsiz qırğını və edamları barədə təhqiqatın aparılması vacibliyinə dair sözlərini dəstəkləyərək, bütün dünyadakı azadlıqsevərlərdən istəyiblər ki, İsveçin öz ölkələrindəki səfirliyinə məktub göndərərək, onun sionist rejimin cəzalandırılmasına dair mövqeyini himayə etsinlər.

"İsrail aparteidi" cəmiyyətinin üzvləri İsveçin mövqelərini tamamilə insani və beynəlxalq hüquq normalarına əsaslanan mövqelər adlandırıblar. Onlar vurğulayıblar ki, sionist rejim başçılarının İsveçə qarşı geniş hücumlarının səbəbi, dövlətlərin başçıları arasında fələstinlilərin insani və hüquqi tələblərinin yayılmasından irəli gələn qorxudur.

Son vaxtlar İsveçin xarici işlər naziri sionist rejimin fələstinlilərə qarşı zorakı hərəkətləri barədə təhqiqatın aparılmasını istəmişdi. Bu məsələ sionist rejim başçılarının hiddətinə və İsveçin Təl-Əvivdəki səfirinin çağırılmasına səbəb olmuşdu.

Teqlər