Avropa Ərəbistanın silah boykotuna çalışır
Avropa Parlamenti Ərəbistana qarşı silah sanksiyası tətbiq etməyə çalışır.
IRNA-nın məlumatına görə, Observer həftəliyi bazar günü bir reportajda yazıb ki, Avropa Parlamentinin üzvləri Avropa ölkələri, xüsusən İngiltərə tərəfindən Ərəbistana silah sanksiyasının tətbiq edilməsini istəyiblər.
Qəzet yazıb: Avropa Parlamenti bu layihəni fevralın 25-də səsə qoyacaq.
Observer əlavə edib: Bu layihədə Avropa Birliyinə üzv ölkələrin, o sıradan İngiltərə, İspaniya, Fransa və Almaniyanın Yaxın Şərqin müxtəlif ölkələrilə geniş silah alveri tənqidə məruz qalıb və Ərəbistana və onun koalisiyadakı şəriklərinə hərbi dəstək və silahın köçürülməsinin dayandırılması istənilibdir.
Bu həftəliyin yazdığına görə, həmin layihədə Ərəbistan İngiltərənin ən böyük silah müştərisidir və London Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri üçün ən böyük silah təminedicisidir.