Fransada fövqəladə vəziyyət uzadılıb
-
Fransada fövqəladə vəziyyət uzadılıb
Fransa parlamenti çərşənbə axşamı günü gecə bu ölkədəki fövqəladə vəziyyəti üç ay müddətinə uzadıb.
Frans-Press-in məlumatına görə, Fransa parlamentinin üzvləri 31 əleyhinə səs qarşısında 212 lehinə səslə fövqəladə vəziyyəti mayın 26-dək uzadıblar.
Fransa senatı da bundan öncə bu ölkədə fövqəladə vəziyyətin üç aylıq uzadılması ilə razılaşmışdı.
Fransa senatının senatorlarından 316 nəfər fövqəladə vəziyyətin uzadılmasının lehinə, 28 nəfər də əleyhinə səs veribdir.
Fransa 2015-ci ilin noyabrından və 130 nəfərin ölməsi, 350-dən çox insanın da yaralanması ilə nəticələnmiş Paris terror hücumlarından sonra fövqəladə vəziyyət yaşayır.
Fransanın vətəndaş cəmiyyəti fəalları fövqəladə vəziyyəti fərdi və ictimai azadlıqların pozulmasının bariz nümunəsi sayırlar.