Fransanın şimalında miqrantlar repressiya olunub
Miqrantlar qarşısıda sərtlikdən istifadənin olunmaması barəsində Fransa rəsmilərinin vədlərinə baxmayaraq, üsyana qarşı polis məmurları Fransanın şimalında miqrantları repressiya ediblər.
Fransa İnformasiya Agentliynin məlumatına görə, Fransa daxili işlər naziri Bernard Cazeneuvenin miqrantların düşərgələrinin təxliyəsi və dağıdılması ilə bağlı kobudluqdan çəkinmək barədə son açıqlamasına baxmayaraq, bu ölkənin üsyana qarşı polis məmurları Fransanın şimalında Kale limanında miqrantların bir neçəsinin çadırını dağıtdıqdan sonra onlara qarşı güc tətbiq ediblər.
Fransa polis məmurları gözyaşardıcı qazdan istifadə edərək etirazçı miqrantları dağılışmağa məcbur ediblər.
Polisin miqrantlarla qarşıdurmasında 3 insan haqları fəalı və bir miqrant həbs olunub.
Cümə axşamı günü Fransa daxili işlər naziri Bernard Cazeneuve bildirmişdi ki, meşə düşərgəsinin boşaldılması və dağıdılması sərt olmayacaq və onun bəzi hissələri, o cümlədən məktəblər, dua və yaxud namaz məkanları dağıdılmayacaq.