Terrorçular kimyəvi silahdan istifadə edə bilərlər
https://azeri.sahartv.ir/news/dünya-i209638-terrorçular_kimyəvi_silahdan_istifadə_edə_bilərlər
Rusiya xarici işlər naziri terrorçuların Yaxın Şərqdə kimyəvi silah istehsal etmək niyyətində olmaları barədə məlumatların daxil olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2016 15:11 Asia/Baku
  • Terrorçular kimyəvi silahdan istifadə edə bilərlər
    Terrorçular kimyəvi silahdan istifadə edə bilərlər

Rusiya xarici işlər naziri terrorçuların Yaxın Şərqdə kimyəvi silah istehsal etmək niyyətində olmaları barədə məlumatların daxil olmasından xəbər verib.

İnterfaks bildirir ki, Sergey Lavrov deyib: Hazırkı beynəlxalq qanunlar kimyəvi silahlarla əlaqədar terrorçulara qarşı önləyici tədbirlərin görülməsində kafi deyil.

Rusiya xarici işlər naziri BMT-nin İnsan Haqları Şurasının iclasında deyib: Türkiyədən Suriyaya göndərilən humanitar yardım yükləri, terrorçular üçün nəzərdə tutulmuş silahdan ibarətdir.

O, bu barədə deyib: Əsas vəzifələrdən biri xaricdən terrorçulara göndərilən yüklərin durdurulmasıdır. Buna görə də Suriya-Türkiyə sərhədlərini bağlamaq lazımdır. Çünki, bu yolla Suriyadakı silahlı qruplaşmalara silah göndərilir. Bu silahlar humanitar yardım yükləri adı altında göndərilir. Və bu məsələni işıqlandıran jurnalistlər də həbs ediliblər ki, bunun özü söz azadlığı məsələsi ilə əlaqədardır.

Rusiya xarici işlər nazirinin dediyinə görə, Suriya yalnız davamlı atəşkəs və danışıqlar yolu ilə bərpa ediləsidir.