Fransanın Milli Cəbhəsinin rəhbərinin müavini: Ərəbistan vəliəhdi "ləyaqətsizlik" ordeni ilə təltif edildi
https://azeri.sahartv.ir/news/dünya-i210367-fransanın_milli_cəbhəsinin_rəhbərinin_müavini_Ərəbistan_vəliəhdi_ləyaqətsizlik_ordeni_ilə_təltif_edildi
Ərəbistan vəliəhdinin Fransanın ən yüksək ordeni ilə təltif edilməsi bu ölkədə ciddi etirazlara səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2016 07:33 Asia/Baku
  • Fransanın Milli Cəbhəsinin rəhbərinin müavini: Ərəbistan vəliəhdi
    Fransanın Milli Cəbhəsinin rəhbərinin müavini: Ərəbistan vəliəhdi "ləyaqətsizlik" ordeni ilə təltif edildi

Ərəbistan vəliəhdinin Fransanın ən yüksək ordeni ilə təltif edilməsi bu ölkədə ciddi etirazlara səbəb olub.

İRİB-nin verdiyi məlumata görə, Fransa prezidenti Fransua Holland Ərəbistan vəliəhdi Məhəmməd Bin Naifi "Ləyaqət Nişanı" ilə təltif etməsinin ardınca, bir qrup tanınmış fransız siyasətçi bu addıma etiraz ediblər.

Floriyan Filipo digər tanınmış siyasətçilər olan Jilber Kular və Rober Menard ilə birlikdə Məhəmməd bin Naifə verilən "Ləyaqət Nişanı"n əslində "Ləyaqətsizlik Nişanı" adlandırıblar.

Bu etirazlar sadəcə sağçılarla da məhdudlaşmayıb və Sosialistlərin Fransa Parlamentindəki nümayəndəsi Jeraj Bat da bir bəyanat yayaraq, deyib: Siyasi və iqtisadi maraqlar əxlaqı üstələməməlidir.

Fransız tədqiqatçı Rafael Qluksman da Bin Naifin təltif edilməsini "vəhhabilik" və "qadınofobiya"nın təltif edilməsi adlandırıb.