Fransada fövqəladə vəziyyətlə bağlı etirazlar davam edir
Mart 13, 2016 18:22 Asia/Baku
-
Fransada fövqəladə vəziyyətlə bağlı etirazlar davam edir
Yüzlərlə nəfər Fransada fövqəladə vəziyyətin davam etməsinə etiraz olaraq paytaxt Parisdə və digər şəhərlərdə aksiya keçiriblər.
Fransada çıxan Fiqaro qəzetinin yazdığına görə, sayı 1300 nəfərə çatan insan Parisdə keçirilən aksiyada iştirak edib. Aksiya iştirakçıları ölkədə fövqəladə vəziyyətin davam etməsinə etiraz edərək, bunu azadlıqların pozulması adlandırıblar.
Fransada fövqəladə vəziyyət ötən ilin noyabrında Parisdə baş vermiş qanlı hadisələrin ardınca, Fransa hökumətinin istəyi və parlamentin qərarı əsasında elan olunub.
Fövqəladə vəziyyət təhlükəsizlik qüvvələrinə daha artıq səlahiyyət qazandırmış olub.