Penisilvaniyada qaradərililərin etiraz aksiyası qarşıdurma ilə nəticələndi
https://azeri.sahartv.ir/news/dünya-i211003-penisilvaniyada_qaradərililərin_etiraz_aksiyası_qarşıdurma_ilə_nəticələndi
ABŞ polisinin Çester şəhərində günahsız şəxsə atəş açmasına etiraz olaraq qaradərililərin keçirdiyi aksiya polisin müdaxiləsi ilə qarşıdurmaya çevrilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2016 16:18 Asia/Baku
  • Penisilvaniyada qaradərililərin etiraz aksiyası qarşıdurma ilə nəticələndi
    Penisilvaniyada qaradərililərin etiraz aksiyası qarşıdurma ilə nəticələndi

ABŞ polisinin Çester şəhərində günahsız şəxsə atəş açmasına etiraz olaraq qaradərililərin keçirdiyi aksiya polisin müdaxiləsi ilə qarşıdurmaya çevrilib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Penisilvaniya ştat polisi aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün bibər qazından istifadə edib.

NBC telekanalı da bildirib ki, polis qüvvələri şübhəli bir avtomobili durdurmağa çalışdıqları zaman, avtomobilə tərəf atəş açmağa başlayıblar. Hadisə zamanı 2 nəfər yaralanıb. Onlardan biri aldığı yaralar üzündən həyatını itirib.

Bu hadisə zamanı bir polis məmuru da yaralanıb.

Hadisənin baş verdiyi qaradərililər məhəlləsinin sakinləri polisin səhvən yanlış şəxsə tərəf atəş açdıqlarını bildiriblər.