Mart 20, 2016 14:03 Asia/Baku
  • İstanbul terror hücumu beynəlxalq səviyyədə pislənib
    İstanbul terror hücumu beynəlxalq səviyyədə pislənib

BMT-nin baş katibi Türkiyənin İstanbul şəhərindəki terror hücumunu pisləyib.

IRIB-nin məlumatına görə, BMT-nin baş katibi Ban Ki Mun Türkiyədəki ardıcıl terror hücumlarını pisləyərək, ümidvarlıq edib ki, bu kobud hərəkətlərin amilləri həbs və mühakimə olunacaqlar.

Həmçinin ABŞ Dövlət Departamentinin sözçüsü Con Kerbi şənbə günü bir bəyanatda ölkəsinin Türkiyə ilə həmrəyliyini elan edərək, müştərək terrorizm təhdidi ilə mübarizənin vacibliyini vurğulayıb.

Amerika başçılarının sözlərinə görə, İstanbul terror hücumunda iki Amerika vətəndaşı həlak olub.

NATO-nun baş katibi Cens Stoltenberg(Jens Stoltenberg) də İstanbul terror hücumunu pisləyərək, deyib ki, terrorizmi heç bir vəchlə qanuni saymaq olmaz.

Avropa Parlamentinin sədri Martin Şultz, Avropa Birliyinin mühacirət və daxili işlər üzrə məsul şəxsi Dmitri Avramopolos və bu birliyin inkişaf məsələləri üzrə rəsmisi İohans Han da şənbə günü törədilmiş İstanbul terror hücumunu şiddətlə pisləyib və həlak olanların ailələrinin kədərinə şərik olublar.

Türkiyə medialarının məlumatlarına görə, şənbə günü İstanbulun İstiklal caddesində törədilmiş terror hücumunda azı beş nəfər həlak olub, 39 nəfərdən çox insan da yaralanıbdır.

Öətn həftənin bazar günü də Türkiyənin paytaxtı Ankaranın Qızıl Ay adlı baş meydanında törədilmiş terror hücumunda onlarla nəfər ölmüş və yaralanmışdı.

Teqlər