Mart 29, 2016 11:10 Asia/Baku
  • Avstriya prezidenti: İran böyük ölkədir
    Avstriya prezidenti: İran böyük ölkədir

Avstriya prezidenti deyib ki, İran İslam Respublikası çox gərgin Yaxın Şərq regionunda ən böyük ölkədir.

Avstriya prezidenti Hayns Fişer(Heinz Fischer) bazar ertəsi günü İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Avstriyaya səfəri ərəfəsində IRIB ilə müsahibədə bildirib ki, İran İslam Respublikası-Avstriya münasibətləri tarixi, çox uzaq illərə qayıdır.

Fişer söyləyib: İran çox gərgin Yaxın Şərq regionunda ən böyük ölkədir və dünya İran İslam Respublikasının iştirakı ilə bu gərginlikləri minimuma endirə bilər.

Avstriya prezidenti Suriya böhranına da toxunub. O, deyib ki, bu ölkə böhranı indiyədək bir çox qurbanlar alıb və Avropanı mühacirlər axını ilə üzləşdirib, amma Avropa regionun mühüm qüdrəti kimi İranın köməyilə bu böhranın kökünü kəsə bilər.

Fişer habelə İran ilə altılıq qrupunun müzakirələrinin nəticə verməsi və nüvə anlşamasının icrasının başlanmasını İran-Avropa münasibətlərinin yeni fəsli üçün bir başlanğıc adlandırıb. O, qeyd edib ki, nüvə anlşamasının icrasından sonra İran-Avstriya əlaqələrində yeni fəsil açılıb.

Avstriya prezidenti özünün uğurlu Tehran səfərinə və İranda İslam İnqilabının Böyük Rəhbəri, İranın prezidenti, parlament sədri və digər rəsmiləri ilə görüşlərinə işarə edərək, vurğulayıb ki, Ruhaninn Avstriyaya səfəri iki ölkə münasibələrinin dərinləşməsinə böyük köməklik göstərə bilər.

Fişer əlavə edib: Avstriya elm, təhsil, iqtisadiyyat və energetika sahələri daxil olmaqla bütün sahələrdə İran İslam Respublikası ilə əlaqələrini genişləndirməyə maraqlıdır.

Teqlər