Amerika öz hərbçilərinin ailələrini Türkiyədən çıxardır
-
Amerika öz hərbçilərinin ailələrini Türkiyədən çıxardır
ABŞ ordusu Türkiyədəki hərbçilərindən öz ailələrini təhlükəsizlik məsələləri ilə əlaqədar bu ölkədən çıxartmalarını istəyib.
Türkiyədə çıxan Hürriyyət qəzetinin internet səhifəsində yer alan məlumata görə, ABŞ ordusunun Avropadakı komandanlığı çərşənbə axşamı İncirlik, İzmir və Muğla hərbi bazalarında yerləşmiş amerikalı hərbçilərindən ailələrini Türkiyədən çıxartmalarını istəyib.
Ötən 6 ay ərzində Ankarada 3 və İstanbulda 2 qanlı terror aktının törədilməsi onlarla nəfərin ölməsi və yaralanmasına səbəb olub.
Türkiyənin Turizm Nazirliyi tərəfindən verilən məlumata görə, bu terror aktlarının ardınca Türkiyəyə səfər edən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb.
Türkiyə hava qüvvələrinin Suriya ilə sərhəd məntəqədə Rusiya qırıcısını vurması iki ölkə arasındakı münasibətlərin xeyli pisləşməsinə səbəb olub.
Bu hadisənin ardınca Moskva Rusiyalı turistlərin Türkiyəyə səfər etməsini və Rusiyanın turizm şirkətlərinin Türkiyəyə turlar təşkil etmələrini, Türkiyəyə avia-biletlərin satılmasını qadağan etdi.