Parisdə etirazçılarla polis arasında qarşıdurma
-
Parisdə etirazçılarla polis arasında qarşıdurma
Parisdə əmək qanunun islah olunmasına etiraz üzrə keçirilən aksiyada etirazçılarla polis məmurları arasında insident yaşanıb.
Fransanın Le Fiqaro qəzetinin yazdığına görə, Fransa polis məmurları bu gün əmək qanunun islahına qarşı etiraz edən gənclərlə toqquşublar.
Fransa polis məmurları aksiyanı yatırmaq üçün gözyaşardıcı qazlardan istifadə ediblər.
Etirazçılar polisin bu hərəkətinə qarşılıq verərək məmurlara doğru butılka və daş atıb və Fransa polisi əleyhinə şüarlar səsləndiriblər.
Yüzlərlə fransız gənc bu gün Parisin Millət Meydanında yürüşə başlayıb və tələbə və məktəblilərin aksiya keçirdiyi Bastille meydanına doğru hərəkət etməyə çalışıb.
İndiyə qədər Fransada əmək qanununun islah edilməsinə etiraz üzrə bir neçə irimiqyaslı aksiya keçirilib.
Layihə müxaliflərinin qənaətincə, sahibkarlar iqtisadi problemlər, tələbatın azalması kimi çətinliklər adı altında işçiləri ixtisara sala bilərlər.