Apr 07, 2016 18:14 Asia/Baku
  • Yunanıstanda ümumölkə tətili
    Yunanıstanda ümumölkə tətili

Yunanıstanda sərt iqtisadi siyasətlərə qarşı idarə işçilərinin 24 saatlıq ümumölkə tətili cümə axşamı günündən başlanıb.

Bu birlik dövlət işçiləri və müavinət bölmələrində təqribən beş yüz min üzvə malikdir. Bu ümumölkə tətili həmin ölkəni iflic edibdir.

Yunanıstanın limanlar, gömrüklər, banklar, medialar, şəhərdaxili və şəhərxarici nəqliyyat xətləri, xəstəxanalar və dövlət idarələrinin bütün işçiləri tətil keçiriblər.

Bu ölkənin hava yolları və hava limanları işçiləri də həmin tətildə iştirak edirlər. Yunanıstanın bir çox daxili və xarici uçuşu ləğv olunub. Bu 24 saatlıq tətil elə bir halda başlayıbdır ki, xarici kreditorların nümayəndələri Afinadadırlar. Onlar öz tələblərinin tez bir zamanda yernə yetirilməsini istəyirlər.

Yunanıstanda sərt iqtisadi siyasətlər bu ölkədə xalqın dövələtə bədbin olması, onun etirazları və işsizliyin artmasına bais olubdur.

Teqlər