Apr 10, 2016 16:30 Asia/Baku
  • İŞİD terrorçuları arasında minlərlə avropalı
    İŞİD terrorçuları arasında minlərlə avropalı

Avropa Terrorizmlə Mübarizə Mərkəzi bu qitə vətəndaşlarından minlərlə nəfərin İŞİD terror qrupuna qatılmasından xəbər verib.

IRIB-nin məlumatına görə, Avropa Terrorizmlə Mübarizə Mərkəzi bir hesabatda bildirib ki, İŞİD terror qrupuna tabe olan terrorçular arasından azı 4300 terrorçu Avropa ölkələrinin vətəndaşlarındandır ki, bu qrupa qatıldıqdan sonra Yaxın Şərq regionuna gəlibdir.

Bu məlumata görə, ötən illərdə dünyanın 104 ölkəsindən olan azı otuz min terrorçu Yaxın Şərq regionundakı terror qruplarına qoşulubdur ki, onlardan iki min 838 nəfər Belçika, Fransa, Almaniya və İngiltərədəndir.

Avropa Terrorizmlə Mübarizə Mərkəzinin hesabatının davamında deyilir ki, yüzlərlə fransız və alman terrorçu arasından azı 550 nəfər öz ölkəsinə geri dönübdür.

Avropa Terrorizmlə Mübarizə Mərkəzi Avropol-un bir hissəsi kimi 2015-ci ilin sonlarında işə salınıb və onun qərargahı Haaqada yerləşir.

Minlərlə avropalı terrorçunun İŞİD-ə qatılması elə bir şəraitdədir ki, bu qrup son illərdə Amerikanın və onun qərbli və ərəb müttəfiqlərinin maliyyə və hərbi dəstəkləri ilə region ölkələrində, xüsusən İraq və Suriyada çoxlu sayda cinayət törədibdir.

Teqlər