Apr 25, 2016 17:53 Asia/Baku
  • Amerika Suriya məsələsi barədə Rusiya ilə həmkarlıqdan çəkinir
    Amerika Suriya məsələsi barədə Rusiya ilə həmkarlıqdan çəkinir

Rusiyanın xarici işlər naziri bildirib ki, Amerika Suriya məsələsi barədə Rusiya ilə həmkarlıqdan çəkinir.

IRNA-nın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Efiopiyalı həmkarı Tedros Hebrisos ilə birgə mətbuat konfransında deyib ki, Pentaqon və bu ölkənin Dövlət Departamenti son zamanlar açıq şəkildə özlərinin Suriya məsələsi barədə Rusiya ilə koordinasiyadan boyun qaçırmağa çalışırlar.

Lavrov Amerikanın Suriya məsələsindəki münasibətini və bu ölkə böhranının həlli məqsədilə Rusiya ilə həmkarlığa maraq göstərməməsini tənqid edib.

O, sonra Suriyanın yeni əsas qanununun hazırlanması və qəbul olunması vacibliyini vurğulayıb və beləm əlavə edib: İnanırıq ki, Suriyanın yeni əsas qanununun hazırlanması BMT tərəfindən təyin olunmuş altı aylıq fürsətdən az bir müddətədək sürəcək, amma bu məqsədlə Cenevrədə Suriya müzakirələrinin iştirakçıları danışıqları Rusiyanın xarici işlər naziri deyib: Suriyanın yeni əsas qanununun tez bir zamanda hazırlanmasını istəyirik ki, bu ölkədə keçiriləcək ümumi referendumda səsə qoyulsun.

Teqlər