Apr 28, 2016 17:45 Asia/Baku
  • Rusiyanın yeni təsis olunmuş kosmodromundan ilk kosmik raket buraxılıb
    Rusiyanın yeni təsis olunmuş kosmodromundan ilk kosmik raket buraxılıb

Soyuz-21E kosmik gəmisi Rusiyanın yenicə təsis olunmuş "Vostoçnıy" kosmodromundan kosmosa buraxılıb.

IRNA-nın Ria-Novosti-yə istinadlı məlumatına görə, üç rabitə peykini daşıyan Soyuz-21E kosmik gəmisi bu gün, cümə axşamı günü, Moskva vaxtı ilə səhər saat beş bir dəqiqədə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə "Vostoçnıy" kosmodromundan kosmosa buraxılıb.

Məlumatlara görə, Soyuz-21E kosmik gəmisi üç rabitə peykini yerin orbitində yerləşdirib.

Bu kosmik gəminin buraxılması çərşənbə günü həyata keçirilməli idi ki, texniki nöqsanlar üzündən onun buraxılması bir gün təxirə salınıbdır.

Bu məsələ səbəb olubdur ki, Rusiya prezidenti Vladimir Putin məsələyə məhkəmədə baxılması haqda göstəriş veribdir.

Ria-Novosti-nin məlumatına görə, indiyədək bu məsələ ilə bağlı dörd nəfər həbs olunubdur ki, əgər onların günahları sübut edilərsə, həbsə məhkum olunacaqlar.

"Vostoçnıy" kosmodromu Rusiyanın Uzaq Şərqindəki Amur vilayətində yerləşir. Onun inşası 2007-ci ildən başlanıb və təqribən iki tam onda beş milyard dollar pul xərclənib.

Rusiya indiyədək öz kosmik uçuşlarını Qazaxıstanda yerləşən Baykonur və Rusiyanın şimal-qərbindəki Plesetsk kosmodromlarından həyata keçiribdir.

Teqlər