Türkiyədə qanlı terror 5 can aldı
https://azeri.sahartv.ir/news/dünya-i217825-türkiyədə_qanlı_terror_5_can_aldı
Türkiyənin Diyarbəkir və Van şəhərlərində baş verən partlayışlarda 5 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2016 12:17 Asia/Baku
  • Türkiyədə qanlı terror 5 can aldı
    Türkiyədə qanlı terror 5 can aldı

Türkiyənin Diyarbəkir və Van şəhərlərində baş verən partlayışlarda 5 nəfər həlak olub.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Diyarbəkir və Can şəhərlərində baş vermiş partlayışlarda ümumilikdə 5 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Həmçinin, Türkiyə ordusu bir bəyanat yayaraq, ötən 2 gündə ölkənin cənub-şərqində gedən döyüşlərdə bir hərbçinin və 9 PKK terrorçusunun öldüyünü bildirib.

Türkiyənin şərq və cənub məntəqələri 10 aydır ki, PKK terrorçuları ilə dövlət qüvvələri arasında qanlı toqquşmaların şahididir. Bu toqquşmalar indiyə qədər yüzlərlə nəfərin ölümünə səbəb olub.