Amerika Rza Zərrabın 50 milyon dollar zəmanət müqabilində azadlığa buraxılması ilə müxalifət etdi
https://azeri.sahartv.ir/news/dünya-i219259-amerika_rza_zərrabın_50_milyon_dollar_zəmanət_müqabilində_azadlığa_buraxılması_ilə_müxalifət_etdi
Amerikada həbsdə olan iranlı-türkiyəli iş adamının 50 milyon dollar zəmanət müqabilində azadlığa buraxılması istəyi ilə müxalifət edildiyi bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2016 06:33 Asia/Baku
  • Rza Zərrab
    Rza Zərrab

Amerikada həbsdə olan iranlı-türkiyəli iş adamının 50 milyon dollar zəmanət müqabilində azadlığa buraxılması istəyi ilə müxalifət edildiyi bildirilir.

Rza Zərrab cari ilin mart ayında ABŞ-ın Florida Ştatında yerləşən Mayami şəhərində həbs edilib. O, İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda ittiham edilir.

Rza Zərrabın ilk məhkəmə prosesi aprel ayında Nyu-Yorkda keçirildi. Rza Zərrab bu məhkəmə prosesində İran dövləti və digər orqanlarına kömək etmək məqsədi ilə milyonlrla dollar dəyərində olan mübadilələrin həyata keçirilməsi ilə bağlı qaldırılan ittihamları rədd edib.

Röyters-in cümə axşamı günü verdiyi məlumata görə, prokurorlar məhkəmə sənədlərində belə qeyd ediblər: " Zərrabin zəmanət üçün təklif etdiyi şərait, formal görüntü yaratmaqla, malik olduğu külli miqdarda sərvətdən istifadə edərək, məhkəmədən yayınmağa cəhddir. Bu addım son dərəcə varlı olan müttəhimlərdən başqa, heç bir kəsin imkanlarına sığmayan bir hərəkətdir!"

Onlar həmçinin, Zərrabın indiyə qədər mal varlığı ilə bağlı rəsmiləri aldatdığını bildiriblər.