İngiltərə və Fransa Suriyaya havadan yardımların göndərilməsini istədi
-
İngiltərə və Fransa Suriyaya havadan yardımların göndərilməsini istədi
Fransa və İngiltərə BMT-dən Suriyada mühasirədə olan bölgələrə təyyarə ilə humanitar yardımların göndərilməsinə başlanmasını istəyiblər.
İSNA-nın məlumatına görə, İngiltərə xarici işlər naziri Filip Hammond deyib: Havadan humanitar yardımların göndərilməsinin mürəkkəb, çox xərcli və təhlükəli olmasına baxmayaraq, hazırda mühasirə altında olan bölgələrdə insanların əzab-əziyyətlərinin azaldılması üçün son yoldur.
Hammond Rusiya və İrandan havadan humanitar yardımların göndərilməsi əməliyyatının təhlükəsizliyindən arxayın olmaq üçün öz nüfuzundan istifadə etmələrini istəyib.
Suriyaya Dəstək Beynəlxalq Qrupu dərhal humanitar yardımların göndərilməsi üçün zaman təyin etmişdi. Ötən gün az miqdarda yardım təhvil verilib və Dəməşq yaxınlığında Daria bölgəsinə daxil olan humanitar yardımların karvanında azuqə olmayıb.
BMT rəsmiləri Dəməşq yaxınlığında Dairanın vəziyyətini acınacaqlı adlandırıb və ora dərhal yardımın göstərilməsini istəyiblər.