Portuqaliya polisi Rusiyaya casusluq edən şəxsi saxlayıb
https://azeri.sahartv.ir/news/dünya-i220690-portuqaliya_polisi_rusiyaya_casusluq_edən_şəxsi_saxlayıb
Portuqaliyanın təhlükəsizlik orqanı əməkdaşı tRusiyaya casusluq etməkdə ittiham edilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2016 14:30 Asia/Baku
  • Portuqaliya polisi Rusiyaya casusluq edən şəxsi saxlayıb
    Portuqaliya polisi Rusiyaya casusluq edən şəxsi saxlayıb

Portuqaliyanın təhlükəsizlik orqanı əməkdaşı tRusiyaya casusluq etməkdə ittiham edilir.

"Euronews" informasiya kanalı cümə axşamı Portuqaliyanın təhlükəsizlik orqanı əməkdaşı olan bir şəxsin casusluq, korrupsiya, çirkli pulların yuyulması və dövlət sirlərinin ifşa edilməsi ittihamı ilə saxlanılmasından xəbər verib.

Bu portuqaliyalı təhlükəsizlik əməkdaşı Avropa Birliyi və NATO ilə bağlı təhlükəsizlik sirlərini bir Rusiya vətəndaşına ötürməkdə ittiham edilir.

Saxlanılan portuqaliyalı təhlükəsizlik əməkdaşı ilə əlaqədə olmuş Rusiya vətəndaşı da İtaliyada saxlanılıb. Hazırda onun Portuqaliyaya verilməsi barədə danışıqlar aparılır.