Obama: Orlando hadisəsi daxildəki ifratçılığın nəticəsidir
-
Obama: Orlando hadisəsi daxildəki ifratçılığın nəticəsidir
ABŞ prezidenti dünən bildirib ki, Orlandoda homoseksualların gecə klubuna qarşı terror hücumunun böyük bir terror fitnəsi ilə bağlı olmasına dair heç bir fakt yoxdur.
Politiko adlı mətbuat orqanının yazdığına görə, Barak Obama Amerikanın təhlükəsizlik rəsmilərilə iclasdan sonra müxbirlərə deyib: Belə görünür ki, bu hadisənin amili olan Ömər Mətin ifratçıları internetdəki informasiyalarından ilham alıbmış və bu hadisə daxili ekstremizmin mövcudluğundan xəbər verir.
O, habelə Amerikada silah və terrorçuluğun nəzarətə alınmasına təkid edib və deyib: Biz terror təşkilatlarını məhv etməliyik.
ABŞ dövlət katibi də Orlandodakı terror hadisəsini nifrətlə dolu bir addım adlandırıb və onda məqsədin, qorxu hissi yaratmaq olduğunu bildirib.
Con Kerri mətbuat konfransında deyib: Ən pis şey budur ki, biz öz ittiham barmağımızı bir qrup, firqə və ya bir dinə tərəf uzatmış olaq.
Bazar günü Amerikanın Florida ştatının Orlando şəhərində homoseksualların gecə klubuna qarşı terror hücumu 2001-ci ili 11 sentyabr hücumlarından sonra ən ölümcül bir hadisə kimi 50 nəfərin ölməsi və 53 nəfərin yaralanmasına səbəb oldu.