Ərəbistan və ABŞ seçkiləri
https://azeri.sahartv.ir/news/dünya-i221518-Ərəbistan_və_abŞ_seçkiləri
Respublikaçı Trampın Ərəbistan barəsində maraqlı rəyi vardır: Əgər səudiyyəlilər İŞİD-lə "müharibə"yə kömək etməzlərsə, Vaşinqton Ər-Riyaddan neftin satın alınmasını dayandıracaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2016 07:59 Asia/Baku
  • Ərəbistan və ABŞ seçkiləri
    Ərəbistan və ABŞ seçkiləri

Respublikaçı Trampın Ərəbistan barəsində maraqlı rəyi vardır: Əgər səudiyyəlilər İŞİD-lə "müharibə"yə kömək etməzlərsə, Vaşinqton Ər-Riyaddan neftin satın alınmasını dayandıracaq.

Trampın əksinə olaraq, Demokrat xanım Klintonun səudiyyəlilərlə keçmiş əlaqəsi vardır. Bu məsələ bu günlər ictimai fikirdə onun üçün başağrısına çevrilib.

ABŞ vətəndaşı deyir: Bu dəstəklər maraqlı deyil, əlbəttə mən siyasətlə maraqlanmıram.

Bir çoxu deyir ki, Hillari Klintonun seçki xərclərinin 20%-ni Ərəbistan ödəyir. Bu məsələ sübut olunarsa, Amerikada cinayətdir. Deməli kimsə qətiyyətlə demir.

Amma ümumi fikir 28 səhifədən və səudiyyəlilərin girovları öldürməsindən xəbərdardır.

Nyu-Cersinin senatoru xanım Siri deyir: Səudiyyə Ərəbistanı ABŞ-ın fövqəladə himayəsi altındadır və amerikalılar Ərəbistanın 11 sentyabrdakı rolunu ifşa edən 28 səhifəni səudiyyəlilərin pulumuzu Amerikadan çıxaracağıq kimi təhdidi ilə unutmayacaqlar.

Hamı bilir ki, hətta BMT Ban Ki Munun dediyi kimi Ərəbistanı insan haqlarının qara siyahısından çıxarmağa məcburdur. Olmaya səudiyyəlilərin BMT-yə maliyyə yardımları dayansın.

Cənab Trampın qışqırıq salmasına və bunları deməsinə ehtiyac yoxdur.

Burada Amerikada hamı bilir ki, Ərəbistan Klintonun seçkilərdə qələbə çalmasını istəyir.

Lakin xanım Klintonun seçki rəqibləri ifşa ediblər ki, Hillari Klintonun xeyriyyə müəssisəsi Ərəbistandan milyonlarla dollar maliyyə yardımı alıb.