Ukrayna əsgərləri Rusiya tərəfdarını diri-diri basdırıblar
-
Ukrayna əsgərləri Rusiya tərəfdarını diri-diri basdırıblar
Sosial şəbəkələrdə yayılan bir videoda bir Ukrayna əsgərinin Rusiya tərəfdarı olan qüvvələrdən birini diri-diri basdırmaqda olduğunu göstərilir.
PressTV-nin verdiyi məlumata görə, birinci dəfə Rusiyanın Zvyozda televiziyasından yayımlanan bu videoda üzlərinə nüqab taxan 4 adam bir kişini qəbirə atıb, onu basdırır.
2014-cü ildə keçirilən rəy sorğusunda Krım yarımadasının Rusiya tərəfindən Ukraynadan ayrılaraq, bu ölkəyə əlavə edilməsindən sonra Ukraynanın şərq bölgələrində toqquşmalar başladı.
Qərb dövlətləri Rusiyanı Ukrayna böhranına müdaxilə etməkdə ittiham edirlər, rəsmi Moskva isə bunu rədd edir.
Donetsk və Luhansk bölgələri Ukraynanın şərqində yerləşir. Bu ərazilər Ukrayna dövlətinin Rusiya tərəfdarlarına qarşı əməliyyatlara başlamasından sonra qanlı toqquşmaların şahidi olub.
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, Ukrayna böhranı indiyədək 9 min 400 insanın həyatına son qoyub. Bu böhran nəticəsində 21 min insan da yaralanıb.