Obamanın Klintonun seçki kampaniyasında ilk iştirakı
https://azeri.sahartv.ir/news/dünya-i224338-obamanın_klintonun_seçki_kampaniyasında_ilk_iştirakı
ABŞ prezidenti Demokrat Partiyasının prezidentliyə namizədi Hillari Klintonun seçki kampaniyasında ilk dəfə iştirak edərək, onu dəstəkləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2016 14:46 Asia/Baku
  • Obamanın Klintonun seçki kampaniyasında ilk iştirakı
    Obamanın Klintonun seçki kampaniyasında ilk iştirakı

ABŞ prezidenti Demokrat Partiyasının prezidentliyə namizədi Hillari Klintonun seçki kampaniyasında ilk dəfə iştirak edərək, onu dəstəkləyib.

"ABC News" xəbər portalının məlumatına görə, Barak Obama dünən Şimali Karolina ştatında Demokrat Partiyasının 2016-cı il prezident seçkilərinə namizədi Hillari Klintonun seçki kampaniyasında ilk dəfə iştirak edərək, partiya tərəfdarları toplusunda rəsmən Klintonu dəstəklədiyini bildirib.

Obama öz çıxışında səhiyyə və sağlamlıq proqramının genişləndirilməsi və İranla nüvə anlaşmasının əldə olunması kimi hallarda Klinton ilə siyasi hədəflərinin müştərək cəhətlərinə toxunaraq, deyib ki, onu alqışlamaq və dəstəkləmək Klintonu alqışlamaq və dəstəkləmək kimi olacaqdır.