İyul 07, 2016 10:38 Asia/Baku
  • Deyvid Kameron
    Deyvid Kameron

Böyük Britaniyanın baş naziri İngiltərəin İraqa hücumu ilə bağlı araşdırmalar aparan faktaraşdırıcı komitəninhesabatına reaksiya olaraq, Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyeri müdafiə edib və deyib: Faktaraşdırıcı komitənin üzə çıxartdığı faktlar Böyük Britaniya ilə Amerika arasındakı "xüsusi əlaqələr"in davamına mane olmamalıdır.

Deyvid Kameron çərşənbə axşamı Böyük Britaniya Parlamentinin aşağı palatasında etdiyi çıxışı zamanı deyib: Bleyer nazirlər kabinetini qəsdən aldatmadığı üçü, O, heç bir şeydə ittiham edilməməlidir.

Kameron Londonun İraq müharibəsində yol verdiyi səhvi bir daha təkrarlamamalı olduğunu vurğulayıb və deyib: Toni Bleyer 2003-cü ildə artıq heç bir etibara malik olmayan bir inanc üzündə ölkəni müharibəyə sürüklədi.

Kameron əlavə edib: İraqda olduğu güman edilən kütləvi qırğın silahları Bleyerin qərarında "həlledici" rola malik olub.

O daha sonra deyib: Buna baxmayaraq, bildiyiniz kimi İraqda kütləvi qırğın silahlarının olması ilə bağlı inanc artıq 2003-cü ildə öz etibarını itirmişdi.

Böyük Britaniyanın İraq müharibəsindəki iştirakı ilə bağlı araşdırmalara 2009-cu ildə və Con Çilkatın nəzarəti altında başlandı. Bu araşdırmaların nəticəsi 6000 səhifəlik bir hesabatdı və bu hesabat çərşənbə günü yayımlanıb.

Bu hesabatda bildirilir ki, Böyük Britaniyanın İraq müharibəsində iştirakı üçün irəli sürülən səbəblər qəbul ediləsi olmayıb və Bleyer "naqis məlumatlar" əsasında qərar qəbul edib.

Kameron həmçinin deyib ki, mühribədə iştirakı dəstəkləyən parlament üzlvəri o cümlədən, onun özü "öz ölçüləri"nə uyğun məsuliyyət qəbul etməlidirlər.

Toni Bleyer hökuməti İraqa 120 000 hərbçi göndərmişdi. Bu müharibədə İngiltərə 179 hərbçisini itirdi.

Böyük Britaniya Bleyerin baş nazir olduğu dövrdə ABŞ-ın başçılıq etdiyi anti-İraq koalisiyasının üzvü idi və 2003-cü ildə kütləvi qırğın silahlarının olması bəhanəsi ilə İraqı işğal etmişdilər.

Bu mühribə zamanı və ondan sonra baş verən hadisələr üzündən 1 milyon iraqlı həyatını itirdi.

 

Teqlər