Bleyer: İraq müharibəsi dünyanı daha yaxşı bir yer etdi
İngiltərənin sabiq baş naziri Toni Bleyer2003-cü ildə İraqın işğal edilməsi ilə bağlı araşdırmalar aparan faktaraşdırıcı komitənin hesabatı ilə müxalifət edərək, İraqın işğal edilməsinə ABŞ-a dəstəyin verilməsi ilə bağlı qərarı haqda deyib: Bu müharibə dünyanı daha yaxşı bir yerə çevirdi.
Toni Bleyer çərşənbə günü Faktaraşdırıcı Komitənin hesabatına reaksiya olaraq, İraq müharibəsinin yanlış və naqis informasiyalar əsasında baş tutduğunu etiraf edib və deyib: Mən bu qərarın bütün məsuliyyətini qəbul edirəm.
T.Bleyer İraq müharibəsində minlərlə insanın ölməsinə görə təəssüfləndiyini də iddia edib.
"Belə təsəvvür edirəm ki, dünya Səddam Hüseyn olmadan daha yaxşı bir dünya oldu" - deyə Bleyer qeyd edib.
İngiltərənin sabiq baş naziri Səddam Hüseynin hakimiyyətdə qalmasının dünya və İngiltərə üçün mənfi nəticələrinin daha ağır olacağını da iddia edib.
Toni Bleyer daha sonra xalqdan istəyib ki, özünü onun yerinə qoysun və ölkə üçün "son anda" elə bu böyüklükdə əhəmiyyəti olan bir məsələ barəsində qərar qəbul etsin.
Bleyer İraq müharibəsi ilə bağlı ehtiyatlı davrandığını və İraq müharibəsindən öncə bu barədə ABŞ prezidenti Corc Buşu da məlumatlandırdığını deyib. Amma, Səddamın dövranı başa çatmışdı və artıq müzakirə aparmağın mənası yox idi.
Bleyer deyib: O zaman London Vaşinqtonun "əsas şəriki" olduğu üçün İngiltərə üçün başqa bir seçim qalmamışdı.
Bleyer sonda deyib: Bu hadisədən aldığım dərsləri hamının ixtiyarına verəcəm ki, gələcək rəhbərlər bu təcrübələrdən istifadə etsin.
Çilkat hesabatına görə, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Bleyer terrorizm əleyhinə koalisiyanın təşkil edilməsində aktiv və başlıca rola malik olub.
Hesabatda o da bildirilir ki, mühribə və hərbi seçim "son çarə" deyildi və İngiltərə İraqa hücum etməzdən öncə məsələnin dinc yolla həll edilməsi üçün bir çox seçimlər edə bilərdi. Amma, İngiltərə birbaşa olaraq müharibəni seçdi.