MKİ heroin qaçaqçılığından maliyələşir
Kanadada Qlobal Riserç internet portalı bildirib ki, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi özünün gizli əməliyyatlarının xərcini Əfqanıstanda heroin qaçaq edilməsi yolundan əldə edir.
İRNA-nın verdiyi məlumata görə, Qlobal Riserç internet portalı dünən yazıb: Nə qədər ki Əfqanıstanda Amerika hərbçiləri fəaliyyət göstərir, bu ölkədə narkotik maddələrinin əkini və qaçaq edilməsi də davam edəcək.
Amerikanın Əfqanıstanda bərpa əməliyyatları üzrə xüsusi müfəttişi Con Sapko deyib ki, Əfqanıstanda 500 min hektar ərazidə xaşxaş əkini MKİ-nin gizli əməliyyatlarının xərcini asanlıqla təmin edir.
Qlobal Riserç həmçinin yazıb: Taliblər tərəfindən qaçaq edilən narkotiklər Avropaya köçürülmür, təyyarə və gəmi ilə nəql olunur.
Bu məlumata görə, müxtəlif ölkələrə daşınan heroinin 90 faizi təyyarə və gəmi vasitəsi ilə həyata keçirilir, bu isə taliblərin imkanından xaricdir.
Qlobal Riserçin yazdığına görə, Əfqanıstanda əcnəbi hərbçilərin fəaliyyəti ilə narkotik maddələrin qaçaq edilməsi arasında əlaqə var.
Qlobal Riserç araşdırma müəssisəsidir , onun qərargahı Kanadada yerləşir.