Bayden: “Donald Tramp ABŞ tarixində prezidentliyə namizədlərdən ən səriştəsizidir”
İyul 28, 2016 10:01 Asia/Baku
-
Bayden: “Donald Tramp ABŞ tarixində prezidentliyə namizədlərdən ən səriştəsizidir”
ABŞ tarixində prezidentliyə namizədlər arasında Donald Tramp kimi səriştəsiz şəxs olmayıb.
CNN-in verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Filadelfiyada keçirilən Demokrat partiyasının qurultayında bəyan edib.
“İndiyədək prezident kürsüsünə iddialılardan Tramp kimi səriştəsiz və Amerikanın təhlükəsizliyini təmin etməyə hazır olmayan bir şəxs olmayıb. Vətəndaşları İŞİD-lə qorxudan Tramp terrorçuların dini dözülməzlik taktikasından istifadə edir. Bəyanatları və hərəkətləri ilə Amerikanın dəyərlərinə xəyanət edən bu şəxs sözün əsl mənasında bu ölkənin təhlükəsizliyini sarsıda bilər” deyə Co Bayden bildirib.