Ermənistan rəsmisi: Bütün girovlar azad olunub
Ermənistanın rəsmisi müxalif silahlı şəxslər tərəfindən götürülən bütün girovların azad olunduğunu bildirib.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, erməni rəsmisi əlavə edib: Silahlı şəxslər sonuncu 2 girovu azad ediblər.
Sonuncu girovlar ötən gecə Ermənistan paytaxtı İrəvan şəhərində yeni etirazlardan sonra azad olunub.
Ermənistan Səhiyyə Nazirliyinin sözçüsü bildirib: Silahlı şəxslərin götürdüyü son girovlar 2 tibb və xilas qüvvəsi olub və ötən gün günortadan sonra polis binasını tərk edib.
Ermənistan rəsmiləri şənbə günü xəbərdarlıq ediblər ki, bu silahlı qrupa qarşı güc tətbiq edə bilərlər. Girov böhranı İrəvan şəhərində irimiqyaslı etirazlara səbəb olub və cümə günü polis və etirazçılar arasında qarşıdurma onlarla nəfərin yaralanması və polisin bir qrupu həbs etməsi ilə nəticələnib.
Silahlı şəxslər indiyə qədər təslim olmayıb. Bu hücum Ermənistan müxaliflərinin rəhbəri Jirayr Sefilyanın azad olunması məqsədilə edilib. O 20 iyunda bir neçə dövlət binası və telekommunikasiya qovşağını işğal etmək üçün plan hazırlamaq ittihamı ilə həbs olunub.
Sefilyanın tərəfdarları bundan öncə bildiriblər ki, bir silahlı üsyan qrupunun təhriki ilə Ermənistanda vəziyyəti dəyişmək istəyirlər.
Silahlı şəxslər Ermənistan prezidenti Serj Sarkisyanın istefasını tələb ediblər.