Avstriya Türkiyənin təhdidinə reaksiya verib
Avstriyanın kansleri miqrantlar mövzusunda Avropa Birliyi ilə Türkiyə arasında imzalanmış sazişə qarşı bəzi Türkiyə rəsmilərinin təhdidlərinə münasibət bildirərkən deyib: Avropa Türkiyə tərəfindən təhdid olunmamalıdır.
İSNA-nın verdiyi məlumata görə, Avstriya kansleri Kristian Kern bu gün bu ölkədə yaşayan türklərin Türkiyə prezidentinə dəstək aksiyaları üçün həyata keçirilən təşviqat kompaniyalarına qarşı olması barədə deyib: Ərdoğan ucuz siyasi təbliğat üçün xalqın emosiyalarını alovlandırmaq istəyir.
Avstriya xarici işlər naziri Sebastian Kortez də deyib: AB özünü Türkiyədən asılı vəziyyətdə saxlamamalı və Türkiyənin təhdidləri qarşısında özünü müdafiə qabiliyyətinə malik olmalıdır.
Kortez türkiyəli həmkarı Mövlud Çavuşoğlunun son müsahibəsinə də münasibət bildirib: " Çavuşoğlunun ultimatumuna qarşıyıq və AB rəsmi Ankaranın şərtləri əsasında hərəkət edə bilməz."
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son günlər xəbərdarlıq etmişdi ki, cari miladi ilinin oktyabr ayınadək Türkiyə vətəndaşlarına viza rejimi aradan qaldırılmazsa rəsmi Ankara AB ilə miqrant məsələsindəki sazişə sadiq qalmayacaq.
Bu bəyanata reaksiya əlaməti olaraq, Almaniya kanslerinin müavini Ziqmar Qabriel deyib: Berlin və AB heç bir şəraitdə Türkiyənin bu kimi təhdidlərindən nigaran qalmamalıdır.
Türkiyə ilə Avropa arasında vizanın götürülməsi iki tərəf arasında miqrant sazişinə start verilməsinə səbəb olacaq və beləliklə qeyri-qanuni mühacirlər Türkiyəyə qaytarılacaqlar.