Hindistanın nəzarəti altında olan Kəşmirdə hökumət əleyhinə aksiya
Kəşmirdə Hindistan hökuməti əleyhinə etiraz aksiyası keçirilib.
Səhər Kanalının Ordu dilində verilişlər yayımlayan telekanalının verdiyi məlumata görə, Hindistanın nəzarəti altında olan Kəşmirin Bandi Pure məntəqəsinin sakinləri bu gün hökumət əleyhinə aksiya təşkil edərək, Kəşmir əhalisinin təhlükəsizlik qüvvələri tərəfindən qırğın edilməsinə etiraz ediblər.
Aksiya iştirakçıları Hindistan dövlətindən istəyiblər ki, sivil əhaliyə qarşı hücumları dayandırsın və Kəşmir sakinlərinin hüquqlarına hörmət etsin.
Ötən bir neçə gündə Hindistanın nəzarəti altında olan Kəşmirin müxtəlif məntəqələri etiraz aksiyalarının şahididir.
Kəşmirə Azadlıq Konfransının başçıları əhalini etiraz aksiyasını davam etdirməyə dəvət ediblər.
Bu etiraz aksiyasının ardınca təhsil müəssisələri, ticarət mərkəzləri və bazar öz fəaliyyətlərini dayandırıblar.
Kəşmirdə mülki əhali ilə təhlükəsizlik qüvvələri arasında çıxan toqquşmalar ötən 3 həftə ərzində 60 nəfərin ölümünə yol açıb. Yaralı sayı isə 3500-ə çatıb.
Kəşmirdə əhali və təhlükəsizlik qüvvələri arasında qarşıdurma Kəşmirin Mücahidər Partiyasının başçısı Bürhan Məzfərvaninin qətlə yetirilməsinin ardınca, onun dəfn mərasimində başlanıb.