Con Steplinq: Vaşinqton, Ər-Riyad və Təl-Əviv 11 sentyabr hadisəsində rol oynayıblar
-
Vaşinqton, Ər-Riyad və Təl-Əviv 11 sentyabr hadisəsində rol oynayıblar
Amerikalı analitik 11 sentyabr hücumlarının arxasında Vaşinqton, Ər-Riyad və Təl-Əvivin dayandığını bildirib.
PressTV-nin verdiyi məlumata görə, Con Steplinq bu informasiya kanalı ilə müsahibədə Ərəbistanın 11 sentyabr hadisələri ilə bağlı əlaqəsi barədə deyib: Amerika hökuməti Ərəbistanın 11 sentyabr hadisələri ilə bağlı rolunu gizlətməyə çalışdı. Digər məsələ budur ki, 11 sentyabr hadisələri ABŞ-ın xarici siyasətində dəyişikliyə səbəb olmadı və ABŞ-ın xarici siyasəti 2-ci dünya müharibəsindən bəri dəyişməyib.
Əlbəttə, 11 sentyabr hadisələrində Ərəbistanın rolunu gizlədəcək bir şey yoxdur. Hamı bilir ki, O zaman Ərəbistanın təhlükəsizlik xidmətinin rəisi olan Bəndər bin Sultan ABŞ prezidenti Corc Buş və onun ailəsi ilə yaxın əlaqələrə malik idi. Və Bəndər bin Sultan 11 sentyabr hadisələrinin arxasında duran isimlərdən biridir. Əlbəttə, sabiq dövlət katibi və hazırkı prezidentliyə namizəd Hillari Klinton da Ali-Səud ailəsi ilə yaxın əlaqələrə malikdir. Ərəbistan dövləti Amerikadan külli miqdarda silah alır. Bundan başqa Ərəbistan Amerikada böyük yatırımlar edib. Əgər Ərəbistan öz sərmayəsini Amerikadan çıxardarsa, ABŞ iqtisadiyyatı iflasa uğrayar. Buradan da aydın olur ki, Amerika və Ərəbistan və İsrail 11 sentyabr hadisəsində birbaşa və ya dolayısı ilə rola malik olublar. 11 sentyabr Vaşinqton, Təl-Əviv və Ər-Riyadın müştərək işi olub.