Rusiya Paralimpiya yarışlarından məhrum edilməsinə reaksiya göstərib
-
Maria Zaxarova
Rusiyanın XİN sözçüsü bu ölkənin 2016 Braziliya paralimpiya yarışlarından məhrum edilməsini pisləyib.
İzvestiya qəzetinin verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bu gün deyib: Rusiyanın paralimpiya üçün idmançılarının yarışlardan məhrum edilməsi Beynəlxalq prinsiplərin təməlini təşkil edən insan haqları normalarına xəyanətdir.
Zaxarova deyib: Paralimpik idmançıları acizlikdən idmana üz tutanlar deyil onlar öz səyləri ilə hər bir problemin həlli yolunun olduğunu isbatlayanlardır.
Beynəlxalq paralimpiya komitəsinin sədri Filip Kraun dünən bildirmişdi ki, Rusiyanın paralimpikçi idmançıları gücləndirici dərmanlardan istifadə etdiklərinə görə 2016-ci ilin yarışlarından tamamilə məhrum ediliblər.
Rusiyanın idman naziri Vitali Motkov da bu qərara münasibət bildirərkən deyib: Rusiyanın paralimpikçi idmançılarının yarışlardan məhrum edilməsi mövzusu barədə beynəlxalq idman məhkəməsinə müraciət edəcək.
Rusiyaya Rio De Janiro olimpiya yarışlarında da bir çox məhdudiyyətlər tətbiq olunmuşdur.