ABŞ Mosulun işğalının əsas səbəbkarıdır
https://azeri.sahartv.ir/news/dünya-i229153-abŞ_mosulun_işğalının_əsas_səbəbkarıdır
İraqın sabiq baş naziri Mosulun işğalında Amerikanın bəzi əl-Qaidə başçıları ilə əməkdaşlıq etməsini ifşa edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2016 04:44 Asia/Baku
  • Nuri Maliki
    Nuri Maliki

İraqın sabiq baş naziri Mosulun işğalında Amerikanın bəzi əl-Qaidə başçıları ilə əməkdaşlıq etməsini ifşa edib.

İraqın sabiq baş naziri Nuri Maliki İRİB-ə verdiyi müsahibədə deyib: Neynəva vilayətinin mərkəzi Mosulun işğalından öncə Amerikanın bəzi yüksək çinli zabitləri İraqın şimalında əl-Qaidə terror qruplaşmasının bir qrup başçısı ilə görüşərək Mosulun işğal edilməsinin yollarını araşdırıblar. 

Nuri Maliki Mosulun işğal olunmasının əsas səbəbkarının Amerika olduğunu deyərək əlavə edib: Hazırda amerikalılar İŞİD terrorçuları ilə müharibədən söz açır və İraqı dəstəklədiklərini deyirlər. 

İraqın sabiq baş naziri həmçinin bildirib: Amerika Bağdad strateji anlaşmasına etinasızlıq etdi və müharibənin ağır şəraitində hətta İraqın satın aldığı silahları təhvil vermədi. 

Maliki əlavə edib: Halbuki İran İslam Respublikası heç bir göz dikmədən İraqa silah yardımı etdi və əgər İranın köməkləri olmasaydı, İŞİD Bağdadın mərkəzinə çatırdı. 

Nuri Maliki Mosulun İŞİD-in işğalından azad olunması əməliyyatında xalq qüvvələrinin iştirakına qarşı olanları da tənqid edib və deyib: Mosul əməliyyatında xalq qüvvələrinin iştirakı Neynəva vilayətinin bölünməsi planının məğlub olmasının yeganə yoludur.