Avq 11, 2016 12:16 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti Krımda terror aktına reaksiyada deyib: Bu ölkə əsgərlərinin Krımda Kiyevin təxribatçı əməliyyatında həlak olmasını cavabsız qoymayacaq.

Rusiya əl-Youm Televiziyasının məlumatına görə, Vladimir Putin deyib: Kiyevin Krımda təxribatçı əməliyyatından sonra Ukrayna barədə beynəlxalq müzakirələrin mənası yoxdur. 

Rusiya prezidenti bildirib: Kiyevin Krımda terror metodlarından istifadəyə əl atması ilə əlaqədar Amerika məlumatlandırılıb. 

O əlavə edib: Kiyevin Krımdakı təxribatçı əməliyyatı cinayətkarlıqdır və bu əməliyyatda məqsəd ümumi fikri Ukraynanın daxili problemlərindən yayındırmaqdır. 

Rusiyanın təhlükəsizlik xidməti ötən gün Krım yarımadasında terror aktının zərərsizləşdirildiyindən xəbər verib. 

Rusiya Təhülkəsizlik Nazirliyi bildirib ki, bu əməliyyatın arxasında Ukrayna təhlükəsizlik xidməti dayanıb. 

Teqlər