Los-Anceles polisinin qəddarlığı; 14 yaşlı qaradəriliyə atəş açdı
https://azeri.sahartv.ir/news/dünya-i229207-los_anceles_polisinin_qəddarlığı_14_yaşlı_qaradəriliyə_atəş_açdı
Amerikanın Kaliforniya ştatının Los-Anceles polisi 14 yaşlı qaradərili oğlana atəş açaraq onu qətlə yetiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2016 12:39 Asia/Baku
  • Los-Anceles polisinin qəddarlığı
    Los-Anceles polisinin qəddarlığı

Amerikanın Kaliforniya ştatının Los-Anceles polisi 14 yaşlı qaradərili oğlana atəş açaraq onu qətlə yetiriblər.

Press TV-nin məlumatına görə, Amerika polisi bildirib: Bir məlumat əsasında anti-təxribat polis bölməsi hərəkətə keçib və Los-Anceles şəhərinin şərqində bir məhəlləyə gedib. 

Polisin məlumatında bildirilir: Bu əməliyyat zamanı polislər iki yeniyetməni qaçarkən görüblər. İki polis zabiti onlardan birini təqib edib və sonda ona atəş açıblar. 

Los-Anceles ekspertizası həlak olan yeniyetmənin Cessi Ceyms Romero olduğunu bildirib: O hadisə yerindəcə keçinib. 

Polis Cessi Ceyms Romeronun yanında bir silah aşkarlayıb. Lakin onun bu silahdan istifadə edib-etməməsi barədə araşdırma davam edir. 

Bu arada bu qaradərili yeniyetmənin ailəsi polislərin sərt davranışından narazılıq ediblər. 

Amerikada rəngli dərililərə qarşı polisin sərt davranışı bu ölkədə irimiqyaslı etirazların artmasına səbəb olmuşdur.