İnsan Haqları Gözətçisi İngiltərədə irqi ayrı-seçkiliyin aradan qaldırılmasını istəyib
İngiltərənin İnsan Haqları və Bərabərlik Komissiyası İngiltərədə, əsasən bu ölkənin Avropa Birliyindən çıxması üzrə referendumdan sonra nifrətdən yaranan cinayətlərin və irqi ayrı-seçkiliyin artmasına toxunaraq, uzunmüddətli strategiyaların tənzimlənməsi ilə belə bərabərsizliyin aradan qaldırılmasını istəyib.
Röyters Xəbər Agentliyinin məlumatına görə, İngiltərə İnsan Haqları Gözətçisi Təşkilatı bu gün yayımlanan hesabatda bildirib ki, İngiltərədə Breqzit-dən sonra azlıqlar dərin və geniş bərabərsizliklə üzləşiblər və hökumət bununla mübarizə üçün uzunmüddətli strategiya tənzimləməlidir. Bu hesabat gənclərin təlimi və səhiyyə ilə əlaqədar sahələrin araşdırılmasından sonra hazırlanıb: İngiltərədə ötən 5 il ərzində azlıqların gəncləri üçün həyat şansı azalıb.
Ötən may ayında bu müstəqil təşkilata rəhbərlik etmiş David İsaak İngiltərə hökumətindən ədliyyə, təhsil, iş sektorlarında azlıqların bərabərsizliyinin azaldılması üçün yeni məqsədləri təyin etməsini istəyib.
O deyib: Etnik azlıqların 16-24 yaş gəncləri arasında işsizlik 2010-cu ildən indiyə qədər 49% artıb və bu rəqəm ağdərili gənclərlə əlaqədar yalnız 2% olmuşdur.
Sputnik İnformasiya Agentliyi də həmin hesabata toxunaraq yazıb: Bu ölkədə qaradərililərin cinayət və sərt rəftarların qurbanı olmasının ehtimalı çox yuxarıdır. Və İngiltərə və Uelsdə qaradərililərin qətll əlaqədar cinayətlərin qurbanı olması ehtimalı ikiqat çoxdur. Bundan əlavə, onların təqibə məruz qalması və məhkum olunması qaradərililərdən üçqat çoxdur.
Bu komissiyanın hesabatına əsasən, iş yerləri bərabər şəkildə bütün ingilislərə şamil olmur. Qaradərili işçilər ağdərili həmkarları ilə müqayisədə 23,1% az maaş alırlar. Halbuki ali təhsilli etnik azlıqların işsiz qalma ehtimalı ağdərililərdən ikiqat çoxdur.
İngiltərə Qaradəili Polis Milli Cəmiyyətinin sədri Conet Hils çərşənbə günü Guardian qəzetinə yazdığı məqalədə etnik azlıqlar əleyhinə keyləşdirici elektron silahlardan qeyri-münasib istifadə barədə polisə xəbərdarlıq edib və bildirib: Polisin qaradərililərə qarşı bu silahdan istifadə etməsi adi vətəndaşlardan üçqat çoxdur.
İngiltərənin yeni baş naziri Tereza Mey vəd edib ki, hökumət adi işçi kütləsinin xidmətində olacaq. O bu vədi İngiltərənin Avropa Birliyindən çıxmasına dair referendumda yaranan boşluğu doldurmaq üçün iş proqramının bir hissəsi olaraq verib.