Avstriya və Türkiyə arasında gərginlik davam edir
Avstriyanın Xarici İşlər Nazirliyi bu ölkənin Türkiyə ilə bağlı siyasətinin dəyişmədiyini elan edib.
İRNA-nın məlumatına görə, Avstriyanın XİN sözçüsü Gerald Flayşman bu gün bildirib ki, Vyananın Türkiyə ilə bağlı mövqeyi tam aydındır və Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində insan haqları ilə bağlı Avstriyanın şərtləri hələ də qüvvədədir.
Avstriyanın xarici işlər nazirliyinin sözçüsü daha sonra deyib: Vyana Türkiyə ilə əlaqələrini genişləndirməyə və mərhələli şəkildə iki tərəfli müzakirələrin aparılmasına hazırdır.
Ankara və Vyana arasında diplomatik gərginliyin yüksəlməsinin ardınca Türkiyə dövləti öz səfirini Avstriyadan geri çağırdı.
Avstriyanın XİN sözçüsü isə Ankaranın bu hərəkətinin Vyananı öz qərarını dəyişməyə məcbur edə bilməyəcəyini deyib.
Ankara və Vyana əlaqələrindəki gərginlik Avstriyada yaşayan türklərin Rəcəb Tayyib Ərdoğanı himayə məqsədi ilə aksiya keçirmələrinin ardınca yüksəlib.
Türkiyənin xariciişlər naziri Mövlud Çavuşoğlu da Avstriya dövlətinin siyasətlərini irqçi və rasist siyasətlər adlandırıb.