Avq 30, 2016 19:07 Asia/Baku
  • Çin Amerika vətəndaşını casusluqda ittiham etdi
    Çin Amerika vətəndaşını casusluqda ittiham etdi

Çin Xarici İşlər Nazirliyi ötən il mart ayında saxlanılan amerikalı qadının casusluqda ittiham olunduğunu bildirib.

Röytersin məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın Hyuston sakini iş adamı Sandy Phan Gillisin ittihamı barədə deyib: Bizim dəyərləndirməmizə görə, Phan Gillis casusluqda şübhəli bilinirdi. O qanuna əsasən və əlaqədar qurum tərəfindən casusluqda ittiham olunub.

Çin qanunun hakim olduğu ölkədir və işlə əlaqədar idarə qanuna əsasən məsələni izləyəcəkdir.

Çin Xarici İşlər Nazirliyi bu məsələ ilə əlaqədar detalları açıqlamaqdan çəkinib.

Teqlər