İslamabadda Ali-Səud rejiminə qarşı etiraz aksiyası keçirilib
Pakistan paytaxtı İslamabadda Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyası keçirilib.
İRNA-nın verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında hüquqları tapdalanmış və sərgərdan qalan minlərlə pakistanlı fəhlənin ailələri bu gün İslamabadda etiraz aksiyası keçiriblər.
Aksiyaçılar Ali-Səud rejiminə qarşı şüarlar səsləndirərək Pakistan dövlətindən Pakistanlı fəhlələrin öz ölkələrinə qayıtmaları üçün dərhal şərait yaratmasını istəyiblər.
Nümayişçilər bildiriblər ki, Ərəbistandakı pakistanlı fəhlələrin problemindən aylar ötür amma hələ onlara hansısa yardım edilməyib.
Səudiyyə Ərəbistanında minlərlə pakistanlı fəhlə neçə aydır əmək haqlarını ala bilmədikləri üçün bu ölkədə çətin durumdadırlar, onların çoxu pasportlarını iş yerlərinə verdiklərinə görə öz ölkələrinə də qayıda bilmirlər.
1.5 milyon pakistanlı Səudiyyə Ərəbistanında ağır şərtlərlə fəhlə işləyir.
Pakistanlı fəhlələrın Ərəbistandakı acınacaqlı durumu elə bir şəraitdədir ki, Ali-Səud rejimi Pakistanı dost və müttəfiq ölkə adlandırır və bu ölkəyə dəstək verdiyini iddia edir.